Bahh Tee "Jara"da nə vaxt çıxış edəcək? – FOTO

Bahh Tee: "Pre-party "JARA 2019" hamının bir araya gəlməsi üçün əla fürsətdir”

Bakucity.az xəbər verir ki, iyunun 22-də paytaxtın “Sea Breeze” istirahət mərkəzlərində “JARA 2019" beynəlxalq musiqi festivalının möhtəşəm “Pri-party”si keçirilib. 

Tədbirdə Rusiya və Azərbaycan şou-biznesinin nümayəndələri iştirak ediblər. 

Musiqi festivalının çoxsaylı qonaqları arasında məşhur rusiyalı müğənni, söz yazarı, "Jara FM" radiostansiyasının baş prodüseri, “Sbejim v Baku” hitinin müəllifi Bəxtiyar Əliyev (Bahh Tee) də olub.

Jurnalistlərə verdiyi açıqlamasında müğənni festivalın şərəfinə düzənlənən gecə barədə təəssüratlarını bölüşüb, çıxaracağı yeni albom barədə danışıb: 

“Ola bilsin ki, "JARA 2019" festivalının özü ilə müqayisədə “Pre-party” bir qədər aşağı səviyyədədir, amma bu bütün MDB ölkələrindən və Azərbaycandan olan möhtəşəm sənətçiləri bir araya gətirən tədbirdir.  Bu, həm də bir araya gəlmək və istirahət etmək, Bakını başqa ölkələrə göstərmək üçün əla fürsətdir”. 

Sənətçi Emin Ağalarovla birgə hazırladığı “Zhara Music” layihəsinə də toxunub. "BahhTee" layihəsini MDB məkanında ən uğurlu markalardan biri adlandırıb:

"Ötən il biz “Zhara Music” adlı marka buraxdıq, bu, Emin ilə birlikdə ortaq beyin məhsulumuzdur. Yarandığı il ərzində marka yaxşı nəticələr göstərdi. Bu, təkcə Rusiyada deyil, bütün MDB-də ən populyar və ən sürətli inkişaf edən musiqi markasıdır. 

“Zhara Music”-in yaradıcı komandası böyük layihələrdə uğur qazana bildiklərini göstərdi. Buna görə də, Emin qərara gəldi ki, bu komanda "Zhara FM" auditoriyasını böyütsə yaxşı olar. "Zhara FM"-in hazırki performansı çox böyükdür, amma hesab edirəm ki, biz daha yaxşı olacağıq".

Müğənninin fikrincə, layihə praktik olaraq bütün millətlərin sənətçilərini birləşdirir və bu da onu unikal edir:

"Bizim layihə müxtəlif millətlərin, üslub və janrların nümayəndələrindən ibarət 200-dən çox sənətçinin dərc olunmasında iştirak edir. Hər dəfə səhnədə çıxış edərkən göz gəzdirirdim və mənə maraqlı idi ki, Rusiyada müxtəlif millətlərin çox sayda nümayəndəsi və çox az sayda azərbaycanlı var. Əslində, böyük sənətkar Müslüm Maqamayevin vəfatından sonra, Rusiya səhnəsində Emin və məndən başqa bizim sənətçilərimizdən heç kim yox idi. Amma indi çox istedadlı həmyerlilərimizi görürürəm və istəyirəm onlarda hər şey yaxşı alınsın ki, ölkəmizi Rusiyada təmsil etsinlər. Bu gün kifayət qədər Azərbaycan mənşəli layiqli ifaçılar var: HammAli&Navai, Rauf&Faik, Joni, bu il rus şou-biznesində partlayış etmiş Elman Zeynalov. Həmçinin, biz, ortağım və dostum Eminlə mən”.

Bahh Tee-nin dediyinə görə, hələlik “Jara”da çıxış edənə qədər repertuarında təqdim etmək istədiyi elə bir mahnı yoxdur. 

“Albomum oktyabrın 5-də çıxacaq. Əslində, Bakıya iki gün gec gəlməliydim, çünki üç gün sonra burada mənim klip çəkilişlərim olacaq. Bu çəkilişlərə 2 aydır hazırlaşırıq. Amma sonra ayın 22-də festivalın “pre-party”sinin keçiriləcəyi elan olundu, bu gözəl tədbirdə iştirak etmək üçün bir neçə gün öncə gəlməli olduq”, - deyə sənətçi bildirib.

Müğənninin sözlərinə görə, o, Moskvada da bir klip çəkdirməyi planlaşdırılır. Albom üçün ümumilikdə 3 klip çəkiləcək.

Hələlik ictimaiyyətə möhtəşəm bir şey təqdim edəcəyimi hiss etmədiyim üçün səhnədə çıxış etmirəm. Ancaq albomum çıxdıqdan sonra səhnəyə dönə bilərəm. Ola bilsin ki, festivalda da çıxış edim", - deyə Bahh Tee fikrini tamamlayıb.

Züleyxa İsmayılova

Bakucity.az

jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Şənbə və bazar günləri icazəsi olanlar işə velosipedlə gedə bilərlər. “Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”. BakuCity.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da danışıb. K.Əliyev, bu qərarın səb...
Hadisələr
Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas edib. Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib.  BakuCity.az xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyat yoldaşının vəziyyətinin qəfil pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, kömək istəyib.  Çağırışa dərh...
Ekologiya
7 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 764 mm c...
Ekologiya
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Dezinfeksiya işləri səhər saatlarından başlayacaq.  BakuCity.az
Kriminal
Bakıda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Naməlum şəxs 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.  Ona döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
İdman
"Həftəsonu qadağaların olması çempionata təsir edəcək" "Məşqlərin bərpa olunması bizi sevindirir. Hamı ilk futbola başladığı gün kimi sevinclə çalışır. Komanda üzvləri çox həvəslidir".  BakuCity.az xəbər verir ki, bunları "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib.  27 yaşlı hücumçu məşqlərdə tələb olunan bütün qaydalara əməl ediklərini bildirib. A.Ramazanov Bakıda həftəsonu tətbiq olunan qadağaya da münasibət bildirib: "Bu, bizim...
Cəmiyyət
Şənbə və bazar günləri evdən çıxmaq istəyənlər 102 xidmətinə zəng edə bilərlər.  Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib. BakuCity.az xəbər verir ki, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyə...
Biznes
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək. Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək. BakuCity.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi nyayıb. Məlumata görə, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq. Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib.  Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı...
Hadisələr
Bakıda yük avtomobili yanıb. Hadisə dünən axşam saatlarında, paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "МАZ" markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az