“Pre-party”i iki ölkənin sənətçilərini bir səhnədə birləşdirdi – "Jara-2019" / FOTO

“Pre-party”i iki ölkənin sənətçilərini bir səhnədə birləşdirdi – "Jara-2019" / FOTO, Oral Aliyev

Rusiyalı ulduzlar öz təəssüratlarını bölüşüb

Bakucity.az xəbər verir ki, iyunun 22-də "Sea Breeze" istirahət mərkəzində iyul ayında keçiriləcək "Jara-2019" beynəlxalq musiqi festivalına həsr olunmuş konsert keçirilib. 

Tədbirdə bir səhnəni bölüşən Azərbaycan və Rusiya şou-biznesinin nümayəndələri jurnalistlərə açıqlama veriblər. Onlar öz planlarından danışıb, təəssüratlarını bölüşüblər.  

Jurnalistlərin ilk həmsöhbəti altıncı dəfə paytaxtımızın qonağı olan əkiz bacılar - DJ TWINS oldu:

“Pre-party”i iki ölkənin sənətçilərini bir səhnədə birləşdirdi – "Jara-2019" / FOTO, fotoşəkil-1

“Şəhərinizdə altıncı dəfədir qonaq oluruq, bəzi Bakı klublarında çıxışlarımız olub. Bura bizim xoşumuza gəlir və yenə gələcəyik.

Bakı çox xoş bir şəhərdir, buranın mehriban və pozitiv insanları var. Burada gözəl atmosfer var. Tədbir əla, hər şey çox müasir, parlaq və alovludur! "Jara" – bu, bizim ən sevimli festivallarımızdan biridir. İyul ayında keçiriləcək festival üçün maraqlı və isti  proqram hazırlayırıq”.

Məşhur rusiyalı müğənni Lyusya Çebotina isə Bakıya ilk dəfə gəlib. O, bunları deyib:

“Pre-party”i iki ölkənin sənətçilərini bir səhnədə birləşdirdi – "Jara-2019" / FOTO, fotoşəkil-2

“Bakıda olmaqdan çox məmnunam. İndi Moskvada 32 dərəcə isti var, burada da təxminən eyni havanın olduğunu düşünürdüm (gülür). Bütün sənətçilər bu sabah gəlib, biz son dərəcə yorğunuq, qrim otağının divanlarında yatmışıq, sonra isə tədbirdə çıxış etməyə hazırlaşmışıq. 

Buradakı musiqisevərlərin çox istiqanlı olduğunu eşitmişdim. Düzünü desəm, gözlədiyimdən də artığını gördüm. Bu gün mən DJ Smashla birlikdə öz yeni “trek”im "Amnezia" mahnısını ifa etdim. Həmçinin, "Zamoroçila qolovu" adlı solo ifamla da çıxış etdim. DJ Smashı mənimlə birlikdə iyul ayında gəlməyə razı salmağa çalışdım, amma o, çox məşğuldur, buna görə festivalda başqa mahnılar oxuyacağam”.

Lyusya Çebotina həmçinin Bakı səfəri barədə planlarından da bəhs edib:

“Bakıda ilk dəfə oluram, hələlik heç bir yeri görməmişəm, amma sabah bütün günü sərbəstəm, şəhəri gəzəcəyəm. İlk olaraq nələr edə biləcəyim yerlərlə maraqlanacağam”. 

Müğənni azərbaycanlı həmkarı Çingiz Mustafayevlə bir neçə il öncə baş tutan tanışlığı barədə də danışıb:

“Çingizlə bir neçə il əvvəl, “Novaya Valna” müsabiqəsində tanış olmuşuq. Bu gün uzun illərdən sonra onunla görüşmək əla idi. Eyni səhnəni digər mədəniyyətlərin təmsilçilərilə bölüşmək xoşdur”. 

Jurnalistlər dəfələrlə paytaxtımızda gördüyü REFLEX qrupunun keçmiş solisti İrina Nelsonla da ünsiyyət qura bildi. Onun sözlərinə görə, Bakı həmişə böyük musiqi auditoriyasıdır:

“Pre-party”i iki ölkənin sənətçilərini bir səhnədə birləşdirdi – "Jara-2019" / FOTO, fotoşəkil-3

“Bakı inanılmaz dərəcədə dəyişib! Bura möhtəşəm günəşli şəhərdir, hansı ki, öz arxitekturası orijinallığı ilə cəlb edir. Buranın insanları isə gülərüz və musiqsevərdi. Bu gün sizin ifaçılardan bir çoxunu dinlədim və bu virtuoz səslərə heyran qaldım. Tütək səsindən çox xoşum gəlir, məni başqa dünyalara aparan ən sevimli musiqi alətlərindən biridir. Möhtəşəm musiqiniz var! 

“Pre-party”də daha bir məşhur kollektiv - SEREBRO qrupu (Elizaveta Kornilova, Marianna Koçurova, İrina Titova) çıxış edib. Qızlar günəşli Bakının gözəlliyini seyr etmək üçün vaxt tapdıqlarını qeyd ediblər:

“Pre-party”i iki ölkənin sənətçilərini bir səhnədə birləşdirdi – "Jara-2019" / FOTO, fotoşəkil-4

“Azərbaycanlılar çox isti insanlardır, siz sadəcə möhtəşəmsiniz! Bakıya ilk dəfə gəlmişik, çox sevincliyik!

"Jara-2019" eyni səhnədə bir çox istedadlı sənətkarları bir araya gətirən çox möhtəşəm layihədir. Təşkilatçılara gənc istedadlara bu böyüklükdə layihədə çıxış etmək imkanı verdiklərinə görə çox təşəkkürlər! Biz hələ iyul ayında təqdim edəcəyimiz proqramı hazırlamamışıq, ola bilsin tamamilə yeni bir proqram olacaq”.

Həmçinin, qup Azərbaycan ifaçıları barədə təəssüratlarını da paylaşıb:

“İfaçılarınızın maraqlı səsi var, fərqli bir tərzə malikdirlər, mahnılarınız ruhun bir qədər fərqli yerlərinə toxunur”.

SEREBRO qrupu Azərbaycanın paytaxtına öz solo proqramları ilə gələcəklərini də qeyd ediblər.

“Biz böyük həvəslə "jara-2019"-a öz solo proqramımızla da gələcəyik, dəvətliyik!”

Xatırladaq ki, 2019-cu il 25, 26, 27 və 28 iyul tarixlərində Bakıda sayca dördüncü "Jara" beynəlxalq musiqi festivalı keçiriləcək. Festivalın təşkilatçıları Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqori Leps, “Rusiya Radio”sunun və “Qızıl Qramofon” mükafatının təsisçisi Sergey Kajevnikovdur. 

Layihənin informasiya dəstəkçisi Bakucity.az saytıdır. 

Züleyxa ismayılova

Bakucity.az 

Jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər