"Jara 2019"-un “pre-party”sində azərbaycanlı ifaçılar çıxış etdi – FOTO

"Jara 2019"-un “pre-party”sində azərbaycanlı ifaçılar çıxış etdi – FOTO

Yerli şou-biznes ulduzları səhnəni rus həmkarları ilə bölüşüblər

Bakucity.az iyunun 22-də şəhərin ən məşhur istirahət mərkəzlərindən olan "Sea Breeze"də keçirilən "Jara 2019" beynəlxalq musiqi festivalının “pre-party”si barədə oxucuları məlumatlandırmağa davam edir. 

Belə ki, həmin gün səhnəni rus məşhurları ilə bölüşən yerli şou-biznesi nümayəndələri jurnalistlərə “jara-2019”-la bağlı proqramlarından və yaxın gələcək üçün planlarından danışıblar.

Bu il “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Çingiz Mustafayev bildirib ki, müsabiqədə iştirakı onun yaradıcılığını əhəmiyyətli dərəcədə canlandırıb:

"Jara 2019"-un “pre-party”sində azərbaycanlı ifaçılar çıxış etdi – FOTO, fotoşəkil-1

“İyunun 27-də Almaniyaya gedəcəyəm, orada bir çox çıxışlarım olacaq. Avqustda Portuqalaya səfər təklifi də almışam, amma imtina etməyi qərara aldım. “Eurovision”dan sonra çox yorğunam, istirahət etmək istəyirəm. Yəqin ki, mən bu yarışmada yenə də iştirak edəcəyəm. Açığını deyim ki, "Eurovision" dan sonra yaradıcılığımda canlanma başladı. Bu gün isə “Truth" və "Tənha gəzən" adlı iki mahnı ifa etdim".

Çingiz Mustafayevin sözlərinə görə, onun Azərbaycandakı fəaliyyəti prioritetdir, amma ifaçı xaricdə çıxışların olmasını da istisna etmir.

2014-cü ildə “Eurovision”da ölkəmizi təmsil edən Dilarə Kazımova isə qırmızı rəngdə olan səhnə geyimindən danışıb:

"Jara 2019"-un “pre-party”sində azərbaycanlı ifaçılar çıxış etdi – FOTO, fotoşəkil-2

“Qırmızı paltarım sadəcə bu deyil. Evdə geyim əlindən yer yoxdur.  Bu obrazı “Azərbaycan” layihəsində istifadə etmişdik, ancaq mənə qırmızı rəngin yaraşdığını çox deyirlər. Mən dəyişəcəyəm, amma yenidən qırmızı olacaq".

İfaçı "Jara" ilə bağlı fikirlərini də bölüşüb:

"Bu gözəl festivalda bir daha iştirak etməkdən çox məmnunam. Belə böyük miqyaslı bir layihənin şəhərimizdə keçirilməsi əladır".

“Eurovision-2016”nın iştirakçısı Samra Rəhimli (SAMRA) yeni “hip-hop” layihəsini “pre-party”da təqdim edib:

"Jara 2019"-un “pre-party”sində azərbaycanlı ifaçılar çıxış etdi – FOTO, fotoşəkil-3

“Bu festivalda üçüncü dəfə iştirak edirəm. Bu il "Armas" mahnısı ilə çıxış edəcəyəm. Bu, ilk “hip-hop” layihəmdir. Mahnını bu axşam təqdim etdm, həmçinin 28 iyulda da səsləndirəcəyəm. Bundan başqa, məndən bir sürpriz də gələcək. Ümumiyyətlə, "Jara" festivalı məndə yeni hisslər yaradır, burada hər dəfə yeni bir şey görürsən. Belə bir layihəyə qatılmaq, bu atmosferi hiss etmək imkanı qazanmaq çox əladır. Burada hər zaman çox müsbət və enerjili insanlar olur. "Jara"da çıxış etdikcə, unikal enerji alıb-verirsən”.

Avropanın mahnı müsabiqəsində ötən il Azərbaycanı təmsil edən müğənni Aysel Məmmədova da (AISEL) "Jara" festivalı barədə təəssüratlarını bölüşüb, həmçinin yaxın zaman üçün yaradıcılıq planlarından danışıb:

"Jara 2019"-un “pre-party”sində azərbaycanlı ifaçılar çıxış etdi – FOTO, fotoşəkil-4

“Bu layihədə iştirak etməkdən çox məmnunam! Bu gün mən iki mahnı ifa etmişəm, onlardan birini iyulda festivalda da ifa edəcəyəm. Çox maraqlı bir çıxış hazırlayırıq. “Jara” festivalının səhnəsi mənim üçüm bayramdır, hansı ki, həmişəlik və gözəl təssürratlar yaradır. Həmçinin, festivalda rus dilində mahnı da ifa etmək istəyirəm. Avqustda "Novaya Volna" müsabiqəsində iştirak etmək üçün Soçi şəhərinə gedəcəyəm. Ümumiyyətlə, bir çox planlarım var”.

Xalq artisti Aygün Kazımov böyük bir həyəcan yaşadığını etraf edib. Onun sözlərinə görə, bu, Rusiyanın xalq artisti Filipp Kirkorovla yaxınlaşan duetə görədir:

"Jara 2019"-un “pre-party”sində azərbaycanlı ifaçılar çıxış etdi – FOTO, fotoşəkil-5

“Mən çox narahatam, çünki ikiqat məsuliyyət hiss edirəm. Flipp ilə duetimiz hazırdır, amma mahnının adını deməyəcəyəm. Tamaşaçıların razı qalacağına əminəm. Biz iyulun 26-da çıxış edəcəyik”.

Xalq artisti Brilliant Dadaşova isə festivallara alışdığı üçün, həmişə müsbət emosiyalı olduğunu deyib:

"Jara 2019"-un “pre-party”sində azərbaycanlı ifaçılar çıxış etdi – FOTO, fotoşəkil-6

“Bütün festivallar hər zaman çox pozitiv olur. "Jara" da gözəl atmosfer yaradacaq. Festivala özəl olaraq hətta mən stilimi də dəyişmişəm”.

Media nümayəndələrinə açıqlamasında Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva festivalda Emin Ağalarovun hədiyyə etdiyi mahnını ifa edəcəyini deyib:

"Jara 2019"-un “pre-party”sində azərbaycanlı ifaçılar çıxış etdi – FOTO, fotoşəkil-7

“Jara" yay bayramıdır. Mən bu festivalda ikinci dəfə iştirak edirəm. Emin ilə duet oxuyacaqğımızı deyə bilmərəm, çünki heç bir şey məlum deyil. Amma festivalda yeni bir mahnı ifa edəcəyəm, müəllifi Emindir. O, mənə mahnı hədiyyə edib. Hazırda İsmayıl Əsədovun yazdığı yeni bir kompozisiyanın səsyazması üzərində çalışıram. Bu mahnını da "Jara"da təqdim etməyi planlaşdırıram”.

Gecədə MBAND, CYGO, EMIN, “SEREBRO”, Lyusya Çebotina, İrina Nelson,  “REFLEX”, Çingiz Mustafayev, AISEL, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Dilarə Kazımova, Nigar Camal, SAMRA, Aygün Kazımova və “DJ TWINSPROJECT” və başqaları səhnəyə çıxıb.

Tədbirin aparıcısı Yuliya Baranovskaya olub.

Züleyxa İsmayılova

Bakucity.az 

Jara
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər