Bakı sakini istixananı narkoplantasiyaya çevirdi - FOTO

Bakı sakini istixananı narkoplantasiyaya çevirdi - FOTO

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb

Bakucity.az xəbər verir ki, Maştağa qəsəbə sakininin istixanasından ümumi çəkisi 244 kiloqram olan 912 ədəd çətənə kolu aşkar edilib.

Binəqədi rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin 14-cü Polis bölməsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Nahid Əliyev saxlanılıb.

N.Əliyev narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Axtarış zamanı N.Əliyevin yaşadığı evdən əlavə olaraq 650 qram qurudulmuş marixuana və elektron tərəzi daşı aşkar edilərək götürülüb.

Əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər