Bakıda ən çox alınan avtomobil markaları məlum olub - ARAŞDIRMA

Avtomobil əsasən hansı xüsusiyyətinə görə seçilir?

Bakucity.az son zamanlar paytaxtda ən çox alınıb satılan avtomobil markalarını araşdırıb. Həmçinin, kişi sürücülər hansı modellərə üstünlük verir? Qadınlar avtomobil alarkən əsas nəyə diqqət etməlidir? Alıcılar hansı modelləri almağa ehtiyyat edirlər? Saytımızın bu və digər suallarını nəqliyyat üzrə ekspert Elməddin Muradlı cavablandırıb. 

Bu avtomobillərin ehtiyyat hissələri çox bahadır

Elməddin Muradlının fikrincə, ikinci əl, iri və köhnə avtomobil modellərinin qiymətləri insanların büdcəsinə müəyyən qədər uyğundur. Buna görə də, onlara daha çox tələbat var:

“Mercedes”, “Toyota”, “Mitsubishi”, “Honda CR-V” modeli, “Nissan” kimi markalar isə qiymət münasibliyilə yanaşı dözümlülük və yanacağa qənaət kimi üstünlüklərinə görə bazarda daha çox alınıb satılanlar sırasındadır. Son illər ölkə bazarına daxil olan Çin avtomobilləri də paytaxtda hələlik geniş yayılır, xüsusilə də taksi xidməti göstərən şirkətlər bu avtomobillərə üstünlük verir. Amerika istehsallı avtomobillər arzuolunan olsa da, sürücülər tərəfindən az seçilir. Səbəb isə həmin markaların həm ehtiyyat hissələrinin tapılmaması, həm də bahalı olmasıdır. Məsələn, “Volvo” avtomobilləri son dövrlər ölkəmizə gətirilən dözümlü avtomobillər sırasındadır, amma ehtiyyat hissələri çox baha olduğundan hər kəs ala bilmir”. 

Ekspertin fikrincə, 40 yaşına qədər kişi sürücülər əsasən idman və işgüzar imic formalaşdıran avtomobillərə üstünlük verirlər: 

“Toyota”nın ən yeni modelləri – “Toyota Prado”, “Toyota Land Cruiser”, xüsusilə də “Toyota RAV-4”, “Leksus”un müxtəlif modelləri, “Honda”nın offroaderavtomobilləri də son zamanlar bazarda yaxşı alınıb satılır. “Mitsubishi”nin isə bir az hündür və geniş offroaderavtomobilləri ilə kiçik həcmli modelləri xüsusi maraqla alınır. Çin avtomobilləri sırasında bazara daxil olan modellər də var, hansı ki, yeni və ucuz avtomobil almaq istəyən kişilərin seçimidir. Daha gənc sürücülər isə əsasən “BMW”nin bir az köhnə modellərinə meyl edirlər". 

Qadınlar avtomobil alarkən əsas nəyə diqqət etməlidir?

Ekspertin sözlərinə görə, qadın sürücülər həmişə doğru avtomobil seçə bilmirlər. Ekspert avtomobil idarə etməyi yeni öyrənən xanımlara ilk növbədə kiçik həcmli modellərə üstünlük vermələrini məsləhət görür:

"Xüsusilə, avtomobil idarə etməyi yeni öyrənən xanımlar əsasən böyük həcmli avtomobil alır ki, bunun da ağır fəsadları sonradan istər sadə parketmə, istərsə də müxtəlif manevrlər zamanı özünü göstərir. Daha yaxşı olar ki, avtomobil idarə etməyi yeni öyrənən xanımlar ilk növbədə kiçik həcmli modellərə üstünlük versinlər. Bir müddət sonra, sürücülük qabiliyyəti formalaşdıqdan sonra isə istədikləri kimi modelləri seçsinlər”.

Paytaxtda ikinci avtomobil anlayışı formalaşır

Elməddin Muradlının dediyinə görə, hazırda avtomobil həvəskarları arasında ikinci avtomobil tendensiyası da müşahidə olunur:

“Bir xarici markalı, lüks avtomobili olan əksər adam ikincini paytaxtın mühitinə daha uyğun, gündəlik istifadə üçün almaq istəyir. Bu qəbildən isə “Niva” markalı avtomobillərə daha çox üstünlük verilir. Son zamanlar bir çox sürücüdə bu həvəs yaranıb. Bu da maraqlı bir yanaşmadır”.

Ən baha avtomobil “Rolls-Royce”nin “crossover” modelidir

Azərbaycanda hazırda kifayət qədər bahalı avtomobillər var. Onlardan “Ferrari”, “Rolls-Royce”, “Lamborghini”, “Porhse”,  “Leksus” və “Toyota Land Cruiser”in müxtəlif yeni modelləri ölkəmizə gətirilən bahalı və konfortlu avtomobillərdir. Bunlardan ən bahalısı isə “Rolls-Royce” - “crossover” modelidir ki, hazırda 600 min manatdan baha satılır. 

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Mütəxəssislər tərəfindən ağacların quruma səbəbi araşdırılır. Bakı və Abşeron yarımadası ərazisində aparılan müşahidələr göstərib ki, son zamanlar bəzi ərazilərdə yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağaclar quruyur. BakuCity.az xəbər verir ki, AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev bildirib ki, ağacların quruma səbəbinin müəyyənləşdirilməsi, fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrü...
Cəmiyyət
Azərbaycanda Covid-19-la bağlı son vəziyyət. Azərbaycanda bu gün koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCitya.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 testi müsbət çıxan 2 nəfər  vəfat edib. BakuCity.az
Cəmiyyət
Toylar oktyabr ayından bərpa edilə bilər. BakuCity.az xəbər verir ki, son bir neçə gün ərzində ərazi icra hakimiyyətlərindən şadlıq evlərinə ünvanlanan sorğular belə deməyə əsas verir. Şadlıq evləri də artıq müəyyən hazırlıqlara başlayıblar. Paytaxt ərazisində yerləşən obyektlərin administratorlarının sözlərinə görə, son 1-2 gündə sifariş yazdıranların sayında müəyyən artım hiss edilir. Əsasən toyları karantinə görə dəfələrlə təxirə düşən müştərilər müraci...
Siyasət
Döyüş atışlı taktiki təlimlərə başlanılıb. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. BakuCity.az xəbər verir ki, bununla baölı Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin...
Siyasət
Rusiya 5 rayonun geri qaytarılmasının tərəfdarıdır.  “Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”. BakuCity.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə deyib. Sahibə Qafarova...
Cəmiyyət
Yoluxma halları qeydə alınan siniflər bağlanacaq. “Orta məktəblərdə şagirdlərin virusa yoluxma statistikasının artması, təhsil müəssisələrində tədris prosesinin dayandırılacağı demək deyil. Hazırki dövrdə məktəblərin bağlanması təhsilə ciddi ziyan vura bilər”. BakuCity.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov səsləndirib. K. Əsədovun sözlərinə görə, məktəblərdə virusa yoluxma hallarının artması gözlənilən idi: “Bildiyiniz kimi, 90-a ya...
Ekologiya
Bakıda sentyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.  Cənub-şərq küləyi əsəcək.   Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  25-28, Bakıda gecə...
Cəmiyyət
Həbs olunan rəis ev dustaqlığına buraxılıb. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb. BakuCity.az xəbər verir ki, Faiq Bağırovun vəkili Bəylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib. Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edil...
Kriminal
Türkiyənin Bursa vilayətində avtobus sürücüsü sərnişini bıçaqlayıb. BakuCity.az xəbər verir ki, hadisə Osmangazi rayonunda qeydə alınıb.   İddiaya görə, anası ilə birlikdə dayanacaqda avtobus gözləyən Savaş D., 17-D saylı marşruta maskasız minmək istəyib. Avtobus sürücüsü İzzət Ç. isə, Savaş B.-ni maska taxması üçün ona xəbərdarlıq edib. Ancaq sürücünün xəbərdarlığına əsəbiləşən Savaş B., maska taxmaqdan imtina edib. Bundan sonra tərəflər arasında əvvəlcə...