Bakıda FIDE-nin Prezident Şurasının iclası başlayıb

Bakıda FIDE-nin Prezident Şurasının iclası başlayıb

İclasda bir sıra beynəlxalq yarışların ev sahibləri müəyyənləşəcək

Bakucity.az xəbər verir ki, iki gün davam edəcək iclasın gündəliyinə bir sıra vacib məsələlər daxil edilib.

Tədbirdə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadiy Dvorkoviç, FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, eləcə də digər rəsmilər iştirak edirlər.

Prezident Şurasında 3 ölkəyə FIDE üzvlüyünə qəbul olunacaq. Həmçinin, federasiyaların üzvlük haqqlarının azaldılması məsələsinə baxılacaq və şahmat yarışları üçün geyim dəstləri təsdiqlənəcək. (Report)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər