Bakıda 98 bina tikdirmiş milyonçu haqqında film çəkildi - FOTO

Filmin layihə rəhbəri milyonçunun nəvəsidir 

Bakucity.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin vəfatının 100-cü ildönümünə həsr olunmuş “Nurlu əməllərin işığında”sənədli filminin təqdimat mərasimi keçirilib. 

Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu ilin 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” (MDQ) İB-nin layihəsinə əsasən çəkilib. Layihə rəhbəri milyonçunun nəvəsi, MDQ-ın sədri Dilarə Nağıyeva-Muxtarovadır.

Filmin təqdimatında millət vəkilləri, Binəqədi İcra Hakimiyyəti, Zabitlər Evi, İqtisad Universiteti, qeyri-hökumət təşkilatlarının nümayəndələri və milyonçunun nəvəsi Dilarə Nağıyeva iştirak edib.

Fimdə Ağa Musa Nağıyevin XX əsrin əvvəllərində Azərbaycanda cərəyan edən proseslərdə fəal iştirakı, Azərbaycan həqiqətlərinin dünyaya yayılması və erməni yalanlarının bir daha ifşa edilməsi öz əksini tapıb.  

Həmçinin, filimdə Bakıda 98 fenomen bina tikdirib, miras qoymuş A.M.Nağıyevin paytaxtın arxitekturasına gözəllik bəxş edənlərdən biri olduğu, tikililərin silinməz varidat olaraq əski tariximiz ilə müasir tariximizin arasında bir körpü olduğu göstərilir.  

Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədovdur.

Filmdə çəkilən və fikir söyləyən millət vəkilləri Rəfael Hüseynov, Elman Nəsirov, Qənirə Paşayeva, Musa Quliyev, AMEA-nın Tarix institutunun dosenti Hacı Həsənov, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi Nəzakət Qafqazlı eəcə də  filmin redaktoru Büllur Cavadqızı və operator Ramin Şahbazov MDQ İB təsis etdiyi “Ağamusa Zirvəsi” Diplomu ilə təltif olunublar.

Dilara Nağıyevanın sözlərinə görə, Azərbaycanın məşhur milyonçusu, xeyriyyəçi və cümhuriyyətçi, azərbaycançılıq məfkurəsinin təbliğatçısı Ağa Musa Nağıyev Bakıda 98 bina tikdirib ki, onlardan 76-sı artıq siyahıya alınıb:

"Babamın tikdirdiyi 98 binanın hamısı paytaxtda yerləşir. Onlardan 76-sını siyahıya almışam. Binaların 36-sı AMEA, İqtisad Universiteti (UNEC), Məhkəmə Ekspertizası Mərkəzi, Ağır Cinayətlər Məhkəməsi, Diaspora Komitəsi, E.Əfəndiyev və OMD xəstəxanaları, keçmiş Musa Nağıyev xəstəxanası, Sabunçu poliklinikası, ÜNS teatrı, SOCAR, Zabitlər Evi, Səhiyyə Nazirliyinin keçmiş binası və s. inzibatı idarələrdir. Bunlardan başqa, Gül Passajı, 28 May küçəsindəki qoşa imarətlər və vağzaladək bütün binaları Ağa Musa Nağıyev tikdirib".

Qeyd edək ki, Ağa Musa Nağıyev 1849-cu ildə Bakıda, Biləcəri qəsəbəsində çox kasıb ailədə doğulub. Atası saman satmaqla məşğul olub, qardaşı isə ömrünün sonuna qədər hamamçı işləyib.

Ağa Musa Nağıyev o zamanalr Bakının iri neft maqnatları arasında ən varlı və ən mötəbər insan kimi tanınıb. Yük daşımaqdan (hambalçılıqdan) böyük firmanın sahibliyinə çatanadək ağır bir həyat yolu keçən Ağa Musa Nağıyev neftin və işgüzarlıq istedadının hesabına milyonçu olub.

Onun tikdirdiyi 98 bina  Bakının memarlıq möhürünə çevrilib.

Oğlu İsmayılın xatirəsinə həsr olunmuş bina bu tikililər içərisində şah əsər sayılır. İndiki İstiqlaliyyət küçəsində yerləşən qotik üslubdakı “İsmailiyyə” binası (1908-1913) öz harmoniyası ilə bir simfonik əsər təəssüratı yaradır.

Nizami küçəsindəki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanındakı, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binaları, Azərbaycan prospektində yerləşən köhnə Mərkəzi Poçtun binası, Səməd Vurğun küçəsində qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və Bakının digər gözəl və əzəmətli binaları Musa Nağıyevin pulu ilə tikilib.

O, 1919-cu il mayın 4-də (70 yaş) Bakıda dünyasını dəyişib.

Ramilə Qardaşxanqızı

Bakucity.az 

film
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Vətəndaşlar şənbə və bazar günlərində şəxsi bağ evlərinə gedə bilərlər? Xəbər verdiyimiz kimi iyunun 6-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qadağaya əsasən, insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər. Bəs vətəndaş bir evindən digərinə, bağ evlərinə gedə bilərmi? Həmçinin oxu: İki günlük qadağada zibil də atmaq olmaz - RƏSMİ BakuCity.az xəbər verir ki...
Kriminal
Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. BakuCity.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü mən...
Biznes
Azərbaycanda daxili reyslərin bərpa ediləcəyi vaxt açıqlanıb.  Azərbaycanda karantin müddəti may ayının 31- ə qədər davam edəcək. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan hava yolları bütün uçuşları dayandırıb. Bəs yaxın zamanlarda daxili reyslər bərpa oluna bilərmi? BakuCity.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL)-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli bu barədə hafta.az-a danışıb. P.Kəsəmənli bildirdi ki, Nazirlər Kabineti...
Cəmiyyət
İki günlük qadağa müddətində vətəndaşlara yalnız iki halda küçəyə çıxmaq icazəsi verilib. Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. BakuCity.az xəbər verir ki, bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək. Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovnik...
Ekologiya
6 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gecə və səhər  arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20, gündüz  24-28, Bakıda  gecə 18-2...
Kriminal
Bakıda tələbə qız özünü 18-ci mərtəbədən bu səbəbə görə atıbmış.  Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib. Ü,Mehdiyev bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı: “Heç bir kəsri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu. Həmçinin oxu: Bak...
Hadisələr
Bakının Binəqədi rayonunda 10 mərtəbəli binada yanğın olub.  BakuCity.az xəbər verir ki, hadisə yerinə 4 yanğınsöndürən maşını cəlb olunub.  Qonşuların dediyinə görə ev ailənin 6 yaşlı övladınin ehtiyatsızlığından yanıb. Mənzilin özəl klinikalardan birində çalışan tanınmış həkimə məxsus olduğu bildirilir. (milli.az) BakuCity.az
Cəmiyyət
"Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı". Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd ed...
Cəmiyyət
Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib. BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Bun...