Bakıda sabah 37 dərəcə isti olacaq - Hava proqnozu

Paytaxtda iyunun 29-da gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında  gecə 20-25, günün birinci yarısında 35-37, günün ikinci yarısında 30-33, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət  gecə 60-70, gündüz 30-35 faiz olacaq.   

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27 dərəcə isti təşkil edəcək.

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
20 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” bu gün İnnovasiyalar Agentliyində davam edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, nazirliyin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, Avropa İttifaqının təşkilatçılığı, “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumun ikinci günündə iştirakçılara elektron ticarətdə biznes modelləri,...
Cəmiyyət
BakuCity.az Bakının Nizami rayonu, Keşlə qəsəbəsində transformatora girərək yanan, nəticədə qolu amputasiya olunan 2010-cu il təvəllüdlü Zəhra Əliyeva ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirməyə çalışıb. Z.Əliyevanın təhsil aldığı 227 nömrəli tam orta məktəbdən BakuCity.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin 2d sinif şagirdi valideynlərini erkən itirib, nənəsinin himayəsində yaşayır: “Ötən ilin oktyabr ayında şagirdin nənəsi yaşlı olduğun...
Cəmiyyət
Bakıda dam örtüyü təmir ediləcək 380 binanın siyahısı, görüləcək işlərin həcmi və digər məsələlər dəqiqləşdirilib, işləri görəcək podratçılar müəyyənləşdirilib. Bakı Şəhər İcra Hakimiyyətindən BakuCity.az-a verilən məlumata görə, artıq paytaxtın əksər rayonlarında işlərə başlanılıb. Binaların köhnə dam örtükləri sökülür, sıradan çıxmış, çürümüş hissələri dəyişdirilir, damda suyun axıdılması üçün maililik qurulur, yeni örtük qatı çəkilir. Damlarda navalçala...
Cəmiyyət
Bakıda peşəkar təmizlik xidmətlərinə nə qədər tələbat var? Müasir dövrdə bu cür şirkətlərin xidmətləri yalnız ofislərə və ya hotellərə deyil, həm də mənzilini təmizləməyə vaxtı olmayan şəxslərə lazım olur. “Cleanfix” şirkətinin layihə rəhbəri Ənvər Hüseynov BakuCity.az-a açıqlamasında bildirib ki, belə firmalar müştərilərə geniş xidmətlər təklif edirlər. Onun sözlərinə görə, təmizlik şirkətləri yalnız binaların təmizlənməsi ilə deyil, həm də mebel, xalça k...
Cəmiyyət
Paytaxtın köhnə binalarında lift dərdi bitmir.  BakuCity.az Baku TV-yə istinadən məlumat verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V massivdə yerləşən 3 nömrəli binanın sakinləri uzun müddətdir lift problemi yaşayır. Doqquzmərtəbəli binanın sakinləri lift işləmədiyi üçün hər gün bütün mərtəbələri piyada çıxmağa məcbur olur. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həll edilmədiyini bildirirlər. Suraxanı rayonu 62 saylı Mənz...
Cəmiyyət
Bakıda daha bir küçədə sarı kəsişmə toru çəkilib. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib: - sarı kəsişmə toru təşkil edilib;- nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;- yolayrıcının bütün istiqamətləri üzrə piyada...
Cəmiyyət
Oktyabrın 25-26-da Bakıda “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur. Bunu BakuCity.az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, oktyabrın 23-24-də hava limanına gələn...
Cəmiyyət
Bakının Rüstəm Rüstəmov küçəsində quraşdırılmış işıqfor ağacların arxasında görünməz vəziyyətdədir. BakuCity.az xəbər verir ki, bu barədə sürücülər Avtosfer.az-a şikayət ediblər. Onlar bildirirlər ki, yalnız işıqfora 1-2 metr qalmış onun hansı rəngdə olduğunu görmək mümkündür. Belə olan təqdirdə sürücülər də çaşqınlıq içində qalır. BakuCity.az
Ekologiya
Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 23-də paytaxtda hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 14-16, gündüz 20-22 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rüt...