Bakıda Tağıyevin heykəlinin qoyulması ilə bağlı müsabiqə uzadıldı

Bakıda Tağıyevin heykəlinin qoyulması ilə bağlı müsabiqə uzadıldı, Oral Aliyev

Hazırda layihələrin qəbulu davam edir

Bakucity.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı elan etdiyi açıq heykəltəraşlıq müsabiqəsinə layihələrin qəbul müddəti avqustun 31-dək uzadılıb.

Bu barədə qərar Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun Heydər Əliyev Fonduna 27 iyun 2019-cu il tarixli məktubu və bir sıra heykəltəraşların müraciətlərinə əsasən qəbul olunub. Müraciətlərdə eskizlər üzərində işin başa çatdırılması baxımından müsabiqənin müddətinin uzadılması xahiş edilib.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər