Bakıda bu xəstəxana ruhi xəstədən imtina etdi - VİDEO

Bakıda bu xəstəxana ruhi xəstədən imtina etdi - VİDEO

Buhi xəstə olan qadının xəstəxanalardan birinə qəbulu zamanı insident yaşanıb.

Bakucity.az xəbər verir ki, səhhəti pisləşən qadın akademik paytaxtda M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirilib.

Xəstəxanada isə qeyri-müəyyən səbəblərdən həkimlə xəstənin yaxınları arasında mübahisə düşüb. Onlar həkimlərin qadına yardım etməkdən boyun qaçırdığını iddia ediblər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən verilən məlumata görə, insidentdən dərhal sonra xəstəxana rəhbərliyi ilə əlaqə yaradılıb.

Məlum olub ki, həmin qadın demensiya xəstəliyindən əziyyət çəkir.

Nazirlikdən bildirilib ki, o, xəstəxanaya qəbul edilib və hazırda Nevroloji şöbədə müalicə alır.

Demensiya ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur. (Oxu.az)

Bakucity.az

ruhi xəstə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər