Bakıda “Şəki: irsimizi yaşadan ulu diyar” adlı sərgi açılıb - FOTO

Sərgi oktyabrın 28-nə qədər açıq olacaq

Bakucity.az xəbər verir ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Şəki: irsimizi yaşadan ulu diyar” adlı sərginin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, AMEA-nın Rəyasət Heyətinin və müxtəlif institutlarının, Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Təhsil Muzeyinin, İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin, İçərişəhər Muzey Mərkəzinin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, sərgidə yalnız muzeyin fondlarında qorunan materiallardan ibarət eksponatlar nümayiş olunur. Burada 350 tarixi eksponat və bundan əlavə iki sikkə dəfinəsi (474 sikkə) sərgilənir. Eksponatlar Şəkinin qədim tarix və mədəniyyətini sərgiləyir.

Sərgidə M.F.Axundzadənin və digərlərinin Şəkidəki ev muzeyləri haqqında da materiallar, onlara aid eksponatlar da göstərilib.

Qeyd edək ki, Şəkinin qədim tarixini və mədəniyyətini əks etdirən muzeyin fond materiallarından ibarət “Şəki: irsimizi yaşadan ulu diyar” adlı sərgi iştirakçılarda böyük təəssürat oyadıb.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
19 baxış avqust
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
FHN yanğınla bağlı açıqlama yayıb Bakucity.az xəbər verir ki, Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanıb Hadisə yerinə Fövqəladə hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.  Qısa zamanda yanğın söndürülüb. Bakucity.az
Hadisələr
Paytaxtda iki ərəbin yataqda şam yandırması yanğına səbəb olub Bakucity.az xəbər verir ki, 22-ci Polis bölməsinə daxil olan məlumata əsasən, avqustun 22-nə keçən gecə, saat 02:40-da Rəşid Behbudov küçəsində yerləşən 50 saylı binadakı mənzillərdən birində yanğın baş verib.  Əraziyə yanğınsöndürənlər və hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə nəticəsində ikinəfərlik yataq yanıb, üç nəfər tüstüdən zəhərlənərək Toksikologiya Mərkəzinə yerləşdi...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 24-də hava əsasən günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 33-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-30 faiz olacaq. Abşeron çi...
Hadisələr
Bakıda dəhşətli anlar kameraya düşüb Bakucity.az xəbər verir ki, eraport yolunda kommunal işçiləri yüksəksürətli yolu keçmək istəyiblər. Onlar yolu qaçaraq keçən zaman son anda avtomobilin təkəri altından qalmaqdan xilas olublar.  Görüntüləri təqdim edirik: (avtosfer.az) Bakucity.az
Hadisələr
O, bu il ikinci sinfə gedəcəkdi Bakucity.az xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində səkkiz yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlumata əsasən, bədbəxt hadisə "Ləhic bağları" adlanan ərazidə, 473 nömrəli yaşayış evinin qarşısındakı transformatorun yaxınlığında baş verib. Hadisə nəticəsində 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərov vəfat edib. Polislərin bildirdiyinə görə, axşam saatlarında uşaq pişik balasını yedir...
Hadisələr
Paytaxtda xanım sürücünün pozduğu qayda kameralara düşüb Bakucity.az xəbər verir ki, Sabunçu rayonu, Zabrat yolunda (Balaxanı işıqforunun yanı) 99 NG 853 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks yola çıxaraq hərəkət edib. Qoşa xəttin tələbini pozan sürücü qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə yaradıb. Bununla da inzibati xətalar məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozub. Sürücünü 100 manat və 4 cərimə balı gözləyir. (Avtosfer.az)  ...
Hadisələr
Bakı-Sabunçu qatarı Bakıxanova qədər gedəcək. Bakucity.az xəbər verir ki, 26 avqust tarixindən 15 sentyabra qədər Sabunçu dəmir yolu stansiyası ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək. Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq. Tunelin inşası başa çatanda Bakı-Sabunçu-Bakı istiqamətində elektrik q...
Hadisələr
Paytaxtda baş verən dəhşətli qəza kameraya düşüb Bakucity.az xəbər verir ki, "10-DA-002" dövlət nömrə nişanlı, “Range Rover” markalı avtomobil sürətlə hərəkət etdiyi zaman idarəetməni itirərək parka girib. Zərbənin gücündən parkın ətrafına çəkilmiş dəmir hasar uçub.  Sözügedən görüntüləri təqdim edirik: (Avtesfer.az) Bakucity.az
Ekologiya
Meteohəssas insanlar ehtiyyatlı olmalıdır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 22-24°, gündüz 36-38° isti, Abşeron yarmadasında gecə 20-24°, gündüz 35-38° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil...