Bakı məktəblisi Avropa çempionu oldu

Bakı məktəblisi Avropa çempionu oldu

Güləşçimiz ardıcıl dörd qələbə qazanıb

Bakucity.az xəbər verir ki, 16 yaşlı Bakı məkətblisi yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Avropa çempionatında qızıl medal qazanıb. 

İtaliyanın Faenza şəhərində keçirilən yarışda millimizin üzvü Fərid Sadıxlı qitə çempionu tituluna yiyələnib.

O, finala qədər macarıstanlı rəqibini 50, Bolqarıstan təmsilçisini 34, Latviya idmançısını 24 saniyəyə məğlub edib. 

F.Sadıxlı finalda Rusiya güləşçisini 10:1 hesab ilə məğlub edib. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər