Bakıda külək ağacı avtomobilin üzərinə aşıırdı - VİDEO

Bakıda külək ağacı avtomobilin üzərinə aşıırdı - VİDEO, Oral Aliyev

Paytaxtda güclü külək 15 ağac aşırıb

Bakucity.az xəbər verir ki, ağac aşması ilə bağlı müraciətlər əsasən Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonlarından daxil olub.

Bu barədə barədə Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bunları deyib:

"Müxtəlif ünvanlardan 15 ağacın aşması, budaqların qırılması və çoxlu sayda ağacın əyilməsi ilə bağlı müraciətlər var. Həmin müraciətlər qeydə alınıb, aşmış və sınmış budaqlar ərazidən götürülüb. Əyilərən ağaclar isə qeydiyyata alınıb və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib".

O. Məmmədov əlavə edib ki, güclü külək Binəqədi rayonunda irigövdəli ağacı "KİA" markalı avtomobilin üzərinə aşıraraq ziyan vurub, xoşbəxtlikdən həmin vaxt ərazidə heç kim olmayıb. (Trend)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər