"Diqlas" ticarət mərkəzinin sökülməsinə başlanıb
Bakucity.az xəbər verir ki, yanan ticarət mərkəzinin söküntüsü sentyabr ayınadək yekunlaşacaq.
Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb. (APA)
Bakucity.az