Bakıda bələdçilər üçün beynəlxalq təlim təşkil edildi

Bakıda bələdçilər üçün beynəlxalq təlim təşkil edildi

İştirakçılar sertifikatlarla təltif ediləcəklər

Bakucity.az xəbər verir ki, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının (ÜTBAF) birgə təşkilatşılığı, ÜTBAF-nın aparıcı təlimçisi İvana Curuvija və beynəlxalq təlimçi Səkinə Əsgərovanın iştirakı ilə keçirilən təlimlərdə aktiv şəhər bələdçiləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Zaqatala Turizm İnformasiya Mərkəzi və Şəki Xan Sarayının bələdçiləri iştirak ediblər.

Təlimlər ərzində iştirakçılara beynəlxalq standartlara əsaslanan peşə etikası, gəzinti, avtobus və məkan kimi tur formatlarında praktiki və nəzəri biliklər, qrup psixologiyası, məhdud fəaliyyət qabiliyyətli turistlərlə iş, peşəkar tur planının tərtibatı kimi istiqamətlər tədris edilib.

Yeddi gün davam edən təlimlər mövzuya uyğun olaraq müxtəlif məkanlarda həyata keçirilib. 

Belə ki, gəzinti turu üçün Nizami və Xaqani küçələri, avtobus turu üçün Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti və Koroğlu dairəsi, məkan turu üçün isə Milli Xalça Muzeyi seçilib.

Bələdçilərə düzgün mövqeləşmə, turizm obyekti haqqında dolğun informasiya vermək, tur ərzində təhlükəsizlik qaydalarına riayət etməyin mühümlüyü, Ümumdünya Turizm Təşkilatının təqdim etdiyi müasir turizm trendlərinə əsasən turun tərtibatı, bələdçi peşə etikası və ölkə təmsilçiliyi ilə bağlı informasiyalar verilib.

Avqust ayı ərzində təlimçilərin və moderatorun yekun yoxlamasından sonra uyğun bal toplamış iştirakçılar ÜTBAF tərəfindən akkreditasiya edilmiş sertifikatlarla təltif ediləcəklər. 

Bakıda bələdçilər üçün beynəlxalq təlim təşkil edildi, fotoşəkil-1 Bakıda bələdçilər üçün beynəlxalq təlim təşkil edildi, fotoşəkil-2 Bakıda bələdçilər üçün beynəlxalq təlim təşkil edildi, fotoşəkil-3 Bakıda bələdçilər üçün beynəlxalq təlim təşkil edildi, fotoşəkil-4 Bakıda bələdçilər üçün beynəlxalq təlim təşkil edildi, fotoşəkil-5 Bakıda bələdçilər üçün beynəlxalq təlim təşkil edildi, fotoşəkil-6

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər