Bakı klubu daha iki futbolçu ilə müqavilə bağlayacaq

Bakı klubu daha iki futbolçu ilə müqavilə bağlayacaq

Hər iki futbolçu ilə 1+1 illik sözləşməyə qol çəkəcək 

Bakucity.az xəbər verir ki, artıq bir müddətdir “Keşlə”nin düşərgəsində yer alan İlkin Qırtımov və AZAL-ın sabiq qapıçısı Stanislav Namaşko ilə müqavilə imzalanacaq.

Namaşko 2014-2016-cı illərdə AZAL-ın formasını geyinib. Moldova yığmasının sabiq qolkiperinin son iş yeri Monteneqronun “Zeta” klubu olub.

Baxışda olan 5 iranlı futbolçu isə bəyənilməyərək yola salınıb.

Qeyd edək ki, “Keşlə” yay fasiləsində Rəşad Əzizli (“Sumqayıt”), Ruslan Qurbanov (“Səbail”), Franko Flores (“Alki”, Kipr) və Ziya Əzizovu (“Neymegen”, Hollandiya) heyətinə qatıb.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər