Aeroportda Hindistan ab-havası yaradıldı
Bakucity.az xəbər verir ki, “ASAN Viza” komandası hava limanında Azərbaycana gələn turistlərlə zarafat edib.
Onlar 1 iyul tarixinin Beynəlxalq Zarafat Günü hesab olunmasını nəzərə alaraq, bu addımı atıblar.
Belə ki, onlar “Hindistana xoş gəlmisiniz!” deyərək, turistlərin Azərbaycana yox, Hindistana gəldiklərini bildiriblər. Bakıya gəlmədiklərini sanan turistlər isə bir müddət özlərini itiriblər.
Turistlər bu münasibəti gülərək qarşılayıblar.