Bakı metrosunda gənc oğlanı öldürənlərin məhkəməsi başladı

Bakı metrosunda gənc oğlanı öldürənlərin məhkəməsi başladı

Bakıda qızın çiynindən düşən şala görə qətl hadisəsi baş verib 

Bakucity.az xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində 25 yaşlı Vəli Əliyev və 29 yaşlı Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan məhkəmədə təqsirləndirilənlər Saatlı rayon sakini Emin Şəmiyevi öldürdüklərini etiraf ediblər. 

Metroda bir qızın çiynindən şalı düşüb. Yaşlı bir adam şalı yerdən götürəndə Vəli ilə Füzuli buna gülüblər. Emin onlara irad bildirib. Mübahisə yaranıb. Metrodan çıxıblar. Metrostansiyanını “Nizami” stansiyasının qarşısında əlbəyaxa olublar. Təqsirləndirilənlər Emini ürək nahiyəsindən bıçaqla vurublar. Onun həyatını xilas etmək mümkün olmayıb. Cinayət törədənlər isə hadisə yerindən qaçaraq gizləniblər. Onları polis və prokurorluq əməkdaşlarının əməliyyat tədbirlərindən sonra ələ keçiriblər. Hər iki şəxs doğulduğu Şirvanda həbs olunub.

Vəli Əliyevə və Füzuli Nəcəfova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Vəli əvvəllər dəfələrlə məhkum olunub.

Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. (Bizimyol.info)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər