Bakıda gecə yaşlı kişini maşınla vurub öldürdülər – VİDEO

Bakıda gecə yaşlı kişini maşınla vurub öldürdülər – VİDEO

Sürücü qəza yerindən qaçıb

Bakucity.az xəbər verir ki, Bakının Xətai rayonu, Nobel prospektində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri məlumat veriblər. Məlumata görə, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobil yoldan keçən yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb, sürücü isə qəza yerindən qaçıb.

Piyadanı avtomobillə vurub ərazidən qaçan sürücü polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək istintaqa cəlb olunub.

Qəzada iştirak edən "VAZ 2107" markalı avtomobilin yeri də müəyyən edilib. (Baku.Ws)

Bakucity.az

Ölümlə nəticələnən hadisə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər