Bakı sakinlərinin nəzərinə, bu axşam Günəş tutulması olacaq

Bakı sakinlərinin nəzərinə, bu axşam Günəş tutulması olacaq

Bu gün cari ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək

Bakucity.az xəbər verir ki, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Məlumat AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilib.

Bildirilir ki, Günəş tutulması Yerin cənub yarımkürəsində - Çili, Argentina və Sakit okeanın cənubunda daha aydın görünəcək.

Növbəti tutulma isə dekabrın 26-na təsadüf edəcək.

Bakucity.az

günəş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər