QSC-dan metro istifadəçilərinə yeni xəbər
Bakucity.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC tərəfindən bu gün ümumilikdə 10 vaqon yaxud 2 qatar xəttə çıxarılacaq.
İlkin məlumata görə, qatarlar "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edəcək.
Qeyd edək ki, QSC bu il Rusiyadan 30 vaqon yaxud 6 qatar alıb. Onlardan 10 vaqon artıq Bakıya gəlib. Avqustun 10-dan sonra isə ilin sonunacan daha 20 vaqon Bakıya gətiriləcək. (Report)
Bakucity.az