Qaradağ rayonunda oğuruq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakucity.az xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də Lökbatan qəsəbəsi ərazisindəki xəstəxanaların birində Bakı şəhər sakini Ş.Xəlilovanın çantasından 1530 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Quliyeva saxlanılıb.
Tutulan şəxs polisə ifadəsində törətdiyi əmli etiraf edib. Faktla bağlı araşdırma aparılır.
Bakucity.az