Bakıda ilk dəfə keçirilən bu tədbirə tələbələr dəstək verdi - FOTO

Bakıda ilk dəfə keçirilən bu tədbirə tələbələr dəstək verdi - FOTO

Tədbir “Yarat” Müasir İncəsənət Mərkəzində keçirilib

Bakucity.az xəbər verir ki, 28-30 iyun tarixlərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandaki Ölkə üzrə Nümayəndəliyi tərəfindən ilk dəfə “Yarat” Müasir İncəsənət Mərkəzində keçirilən inklüzivlik hakatonuna Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək verib.

İnklüzivlik hakatonunun 1-ci günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib və tələbə-könüllülərlə xatirə şəkli çəkdirib. 

Tədbirdə 56 “BİR” tələbə- könüllü tədbirin uğurla həyata keçirilməsi üçün birlik nümayiş etdiriblər.

Azərbaycanda ilk dəfə təşkil olunan inklüzivlik hakaton yüzə qədər insanı paytaxt Bakıda bir araya gətirərərək onlara əlilliyi olan müxtəlif bacarıqlara malik insanlara dəstək göstərmək üçün innovativ yeniliklər yaratmaqda kömək edib.

Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri tədbirin təşkili, qonaqların qarşılanması, məlumatlandırılması, fiziki məhdudiyyətli insanların müşayiət olunması və digər işlərdə həvəslə fəaliyyət göstəriblər.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı ölkənin 7 şəhərində yerləşən 37 ali və orta ixtisas təhsil müəssisəsini əhatə edir. 

Bakıda ilk dəfə keçirilən bu tədbirə tələbələr dəstək verdi - FOTO, fotoşəkil-1 Bakıda ilk dəfə keçirilən bu tədbirə tələbələr dəstək verdi - FOTO, fotoşəkil-2 Bakıda ilk dəfə keçirilən bu tədbirə tələbələr dəstək verdi - FOTO, fotoşəkil-3

Bakucity.az

tədbir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər