Fərhad Poladovun törətdiyi qəzada nazirliyin əməkdaşı xəsarət aldı - VİDEO

Fərhad Poladovun törətdiyi qəzada nazirliyin əməkdaşı xəsarət aldı - VİDEO

Dünya çempionunun törətdiyi qəzada digər avtomobildə xəsarət alan şəxsin kimliyi bilindi

Bakucity.az xəbər verir ki, bir neçə gün öncə Bakı Olimpiya Stadionunun qarşısında MMA döyüş növü üzrə dünya çempionu, 1993-cü il təvəllüdlü Fərhad Poladovun törətdiyi qəzada digər avtomobildə xəsarət alan şəxs 1964-cü il təvəllüdlü Cavadov Kərim Əlibala oğludur.

Məlumata görə, K.Cavadov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı olub. O, qəza baş verən gün bədənin müxtəlif yerlərinin xəsarətləri, sol körpücük sümüyünün sınığı və döş qəfəsinin küt travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, bir müddət sonra isə DİN-in hospitalına köçürülüb. (Trend.az)

Bakucity.az

yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər