Bakının bu rayonunda içməli suyun verilməsi məhdudlaşdırılacaq

Bakının bu rayonunda içməli suyun verilməsi məhdudlaşdırılacaq

Məlumatı “Azərsu” ASC verib

Bakucity.az xəbər verir ki, ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb. Bununla əlaqədar bu gün Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bakucity.az

su
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər