Bakıda Qırğızıstana dair sərgi keçirilir - FOTO

Bakıda Qırğızıstana dair sərgi keçirilir - FOTO

Sərginin açılış mərasimi gerçəkləşib

Bakucity.az xəbər verir ki, UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakı Konqres Mərkəzində “Qırğızıstanın təbii və mədəni irsi” adlı sərginin açılışı olub.

Açılış mərasimində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Qırğızıstan xarici işlər nazirinin müavini Nuran Niyazəliyev çıxış edib.

Nuran Niyazəliyev çıxışında Azərbaycanla Qırğızıstan arasındakı ikitərəfli münasibətlərə toxunub:

“İki qardaş ölkə və xalq arasında müxtəlif sahələr üzrə əməkdaşlıq hər zaman uğurla inkişaf edib. Biz bu fürsətdən istifadə edərək UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikasına təşəkkürümüzü bildirir və təbriklərimizi çatdırırıq”.

Sevda Məmmədəliyeva isə qeyd edib ki, Dünya İrs Komitəsinin sessiyaları təkcə rəsmi müzakirələr, görüşlər məkanı deyil. Onun sözlərinə görə, bu çərçivədə müxtəlif mədəni, tarixi və maddi-mənəvi miraslara həsr olunmuş tədbirlər və sərgilər keçirilir:

"Azərbaycanla Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Bu əlaqələr iki qardaş türk xalqının tarixi münasibətləri əsasında formalaşıb. Sərgi isə bizə Qırğızıstan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verir”.

Qeyd edək ki, sərgi iyulun 5-dək davam edəcək.

Bakıda Qırğızıstana dair sərgi keçirilir - FOTO, fotoşəkil-1 Bakıda Qırğızıstana dair sərgi keçirilir - FOTO, fotoşəkil-2

Bakucity.az

sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər