Bakıda əməliyyat olunan iş adamının vəziyyəti açıqlandı

Bakıda əməliyyat olunan iş adamının vəziyyəti açıqlandı

İş adamı Hacı Mazanın əməliyyat prosesi başa çatıb

Bakucity.az xəbər verir ki, bu gün Neftçalada ağır yol qəzası nəticəsində xəsarət alan Hacı Mazan ləqəbi ilə tanınan iş adamı Ramazan Zeynalov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gətirilib.

Universitetin mətbuat katibi Günel Aslanova bildirib ki, xəstə klinikaya gətirilərkən vəziyyəti ağır olub:

“Ramazan Zeynalov bədənin çoxsaylı sınıqları ilə klinikaya daxil olub. Artıq üzərində cərrahiyyə əməliyyatı başa çatıb”.

G. Aslanova hazırda xəstənin reanimasiya bölməsində həkim nəzarətində olduğunu, vəziyyətinin stabil olduğunu deyib. (Oxu.az)

Bakucity.az

xəstə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər