Bakıda universitetdə yanğın baş verib

Bakıda universitetdə yanğın baş verib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın baş verib

Bakucity.az xəbər verir ki, Səbail rayonunda yerləşən üçmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 127 m2 olan otaqda rəflər, sənədlər 15 m2 sahədə, 1 ədəd kondisioner və 4 ədəd kompüter yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər