Paytaxtda yüksək sürətlə hərəkətdə olan avtomobil aşıb
Bakucity.az xəbər verir ki, Nobel prospekti, “Nargilə dairəsi” adlanan ərazidə sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi qəza ilə nəticələnib.
Avtomobil əvvəlcə minik maşını, sonra yol polisi avtomobilinə və sərnişin avtobusuna çırpılaraq aşıb.
Zərərçəkənlərlə bağlı məlumat yoxdur. (Oxu.az)