Sürücülərə xəbərdarlıq: Bakının bu küçələrində ehtiyatlı olun!

Sürücülərə xəbərdarlıq: Bakının bu küçələrində ehtiyatlı olun!

Paytaxtın bir neçə küçəsində işıqforlar işləmir

Bakucity.az xəbər verir ki, elektrik təchizatının kəsilməsi ilə əlaqədar hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar işləmir.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Qeyd edək ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bakucitya.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər