Bakının ictimai iaşə dövriyyəsi 4,5 faiz artıb

Bakının ictimai iaşə dövriyyəsi 4,5 faiz artıb

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə azalıb

Bakucity.az xəbər verir ki, bu ilin yanvar-may aylarında Bakı şəhərinin iaşə dövriyyəsi 369,3 mln. manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5% artım deməkdir.

Dövriyyənin 43,3%-i hüquqi şəxs statuslu müəssisələrin, 56,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. 

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-may aylarına nisbətən 17,6% azalaraq 159,8 mln. manat təşkil edib.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər