Nigeriyalı gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaqlar - bakucity.az

Nigeriyalı gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaqlar

BMT ilə vacib müzakirələr aparılıb

Bakucity.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin (BANM) BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNİTAR) ilə təhsil sahəsində əməkdaşlığı nəticəsində yeddi nigeriyalı gənc 2019-2023 tədris illəri müddətində BANM-də neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alacaq. 

Tələbələrin təhsili “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində BMT-nin ayırdığı təqaüdlər hesabına həyata keçirilir. Bu haqda Ali Məktəbin rektoru Elmar Qasımovun BMT-nin Təlim və Tədqiqat İnstitutunun icraçı direktoru, BMT-nin Baş katibinin müavini Nixil Set və Azərbaycanın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov ilə görüşü zamanı müzakirə olunub.

Nixil Set Keniya və Tanzaniya kimi neft-qazla zəngin ölkələrə diqqəti çəkərək həmin ölkələrdən olan gənclərin BANM-də təhsil alması təşəbbüsü ilə çıxış edib və təhsil perspektivlərini Ali Məktəbin kollektivi ilə müzakirə edib. Təşəbbüsü yüksək qiymətləndirən rektor Elmar Qasımov, dövlətin BMT-nin müxtəlif sosial layihələrini dəstəklədiyini bildirərək bu istiqamətdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, nigeriyalı tələbələrin təhsili BANM-in BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNİTAR) ilə imzaladığı Memorandum əsasında həyata keçirilir. Memorandumun əsas məqsədi Nigeriyadan tələbələrin Azərbaycanda “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alması və Nigeriyanın neft sektoru üçün yararlı mütəxəssis kimi yetişdirilməsini təmin etməkdən ibarətdir. Anlaşma memorandumunun şərtlərinə əsasən BANM və UNITAR arasında eyni zamanda görüşlərin və seminarların təşkil olunması, birgə layihələrin reallaşdırılması, qarşılıqlı maraq dairəsində olan sahələrin birgə öyrənilməsi, mütəxəssislərin təmin olunması və hər iki tərəfin razılığı ilə nəzərdə tutulmuş digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Nəzarətçi pul verməkdən imtina edən sürücünü təhdid edib Bakucity.az xəbər verir ki, paytaxtda avtomobilini park edən sürücü ilə nəzarətçi arasında mübahisə yaranıb. Sürücü dayanacaq üçün pul ödəmək istəməyib. Nəticə tərəflər arasında narazılıq yaranıb.  “İndi uşağa deyərəm, gəlib ayağını təkərin altına qoyar. Sonra gedib xəstəxanaya çolpa daşıyacaqsan”, - deyə nəzarətçi bildirib. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb. (Baku.ws) Bakucity.az
Cəmiyyət
Bəzi çimərliklərin girişindəki qapı və şlaqbaumlar çıxarılıb Bakucity.az xəbər verir ki, Bakının müxtəlif ərazilərində çimərliklərdə qoyulan maneə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) şikayətlər daxil olub. Bununla bağlı BŞİH-nin Ticarət və Xidmət Departamenti reydlərə başlayıb. “Bir neçə gün əvvəl isə Şıx çimərliyindəki “Min bir gecə” obyektindən, Bilgəh və Türkan qəsəbəsindəki çimərlik ərazisində yerləşən obyektlərdən yenidən müraciətlər daxil...
Hadisələr
Paytaxtın Xətai rayonunda kafedə yanğın olub Bakucity.az xəbər verir ki, ümumi sahəsi 400 m² olan kafenin yanar konstruksiyaları 20 m² sahədə, bitişik, ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan əşyalar yanıb.  Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Qeyd edək ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bakucity.az
Cəmiyyət
Maliyyə Bazarlarına Nəzrət Palatası “Qırxbulaq” MMC-ni cərimələyib. Bakucity.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xət...
İdman
Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalı davam edir Bakucity.az  xəbər verir ki, iyulun 23-də 9 idman növü üzrə yarışlar baş tutacaq. Bir həftə davam edəcək yarışda yalnız bu gün 9 növdə mübarizə yaşanacaq. Proqramda olan 10 növdən yalnız cüdoçular azarkeşlər önünə çıxmayaq. Doqquz növdən beşində mükafatlar sahibini tapacaq. Əvvəlki gündə ümumilikdə 14 dəst medal sahibini tapmışdısa, bu dəfə 23 dəst mükafat uğrunda mübarizə yekunlaşacaq. Üzgüçülük v...
Cəmiyyət
Hazırda paytaxtda küləkli hava müşahidə edilir Bakucity.az xəbər verir ki, küləkli hava ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib. Bildirilib ki, sərnişinlər avtobus dayanacaqlarında gözləyərkən diqqətli olmalıdır. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməməli, həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət etməlidirlər. Hava şəraiti ilə əlaqədar paytaxt...
Hadisələr
Paytaxtın Xətai rayonunda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, “Demirchi Tower”in qarşısında “İnfiniti” markalı avtomobil ilə “Jeep Grand Cherooke” markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Qeyd edək ki, hər iki avtomobilin ümumi qiyməti 150 min manata yaxındır. (Baku.ws) Bakucity.az
Cəmiyyət
Konfransın mövzusu "Si Cinpin-in yeni dövrü Çin səciyyəvi sosializm ideyası" olub Bakucity.az xəbər verir ki, çıxış edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Çin Azərbaycana tərəfdaş, dost ölkədir. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Sun Tao isə öz növbəsində qeyd edib ki, Çinlə Azərbaycanın əlaqələri yüksək səviyyədədir.  Onun sözlərinə görə, Çin ə...
Hadisələr
Hadisə Pirşağı qəsəbəsində baş verib Bakucity.az xəbər verir ki, iyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 19 yaşlı İsaqov Fərmanın axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üz...