Bakıda avtobus velosiped sürən uşağı vurdu - VİDEO

Bakıda avtobus velosiped sürən uşağı vurdu - VİDEO

Yay aylarında velosipedlə baş verən yol qəzalarının sayı artıb

Bakucity.az xəbər verir ki, yolun hərəkət hissəsində velosiped sürənləri bir çox hallarda avtomobillər vurur.

Bununla bağlı oxuculara iki fərqli qəzanın görüntüsünü təqdim edirik.

Birinci qəzada velosipedçi yolayrıcını keçməyə çalışır. Bu zaman qarşı tərəfdən gələn avtomobil onu vurur. Xoşbəxtlikdən avtomobil velosipedə daha çox dəydiyi üçün onu idarə edən gənc sağ qalır. O, ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılır.

İkinci hadisə isə ölümlə nəticələnir. Yolun hərəkət hissəsinə çıxan velosipedçi uşağı avtobus sürücüsü yəqin ki, görmür. Nəticədə uşaq yüksək sürətlə gələn avtobusun altında qalaraq həyatını itirir. (Avtosfer.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər