Bakının bu küçəsində rənglənmə işləri aparılacaq

Bakının bu küçəsində rənglənmə işləri aparılacaq

Məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir

Bakucity.az xəbər verir ki, bu gün saat 22:00-dan iyulun 4-də səhər saatlarınadək paytaxtın Nəsimi rayonunun Səməd Vurğun küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən küçədə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. 

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər