Bakıda ən çox maaş verilən sahələr açıqlandı - SİYAHI

Bakıda ən çox maaş verilən sahələr açıqlandı - SİYAHI

Əvvəlki illə müqayisədə 3,9 faiz artım var

Bakucity.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 820,0 manat olub.

Ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb.

Qeyd edək ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər