Bakıda hər mənzilə yaşıl və narıncı paketlər paylanacaq

Bakıda hər mənzilə yaşıl və narıncı paketlər paylanacaq

Binaların tullantı meydançalarına iki rəngdə yeni konteynerlər qoyulub

Bakucity.az xəbər verir ki bina sakinlərinə isə 2 cür-yaşıl və narıncı çeşidləyici paketlər paylanılıb

Bu addım Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytax ərazisində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin müasir səviyyədə təşkil edilməsi Konsepsiyası çərçivəsində atılıb. Hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır. Sakinlərə isə iki rəngdə çeşidləyici paketlər verilib.

Nərimanov rayon mənzil komunal təsərrüfatı birliyinin rəisi Elçin Həşimovun sözlərinə görə, həmin paketlərin birinə təkrar emala gedən tullantılar, digərinə isə emal üçün nəzərdə tutulmayan tullantılar atılacaq. Əsas məqsəd paytaxt sakinlərinin öz mənzillərində tullantıların çeşidləməsini həyata keçirmələridir.

Paketlər bina sakinlərinə verildikdən sonra ondan istifadə qaydaları barədə təlimatlandırılıblar. (Xəzər xəbər)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər