Polkovnik Bakıda yüksək vəzifəyə təyin edildi

Polkovnik Bakıda yüksək vəzifəyə təyin edildi

Bakıya yeni hərbi prokuror təyin edilib

Bakucity.az xəbər verir ki, Baş prokuror Zakir Qaralovun əmri ilə ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Hərbi Prokurorluğun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Məlumatı hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiq edib.

Xatırladaq ki, bundan əvvəl Bakının hərbi prokuroru ədliyyə polkovniki İmran Əhmədov idi. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər