Bakıda işıqforların idarəetmə məntəqəsi yaradılacaq

Bakıda işıqforların idarəetmə məntəqəsi yaradılacaq

Bununla bağlı 47 152,8 manatlıq müqavilə bağlanıb

Bakucity.az xəbər verir ki, müqavilə Bakı Nəqliyyat Agentliyi  (BNA) ilə “İnşaat Təmir Tikinti və İstehsal Müəssisəsi” MMC arasında imzalanıb.

Pilot layihə çərçivəsində svetoforlar üçün idarətemə məntəqəsinin təşkili həyata keçiriləcək. 

Xatırladaq ki, dünən BNA tərəfindən yayılan məlumata görə, elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar müvəqqəti işləmirdi.  (Report)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər