Bakıda 12 nəfərin zəhərlənməsinə görə dönərxana sahibi tutuldu

Bakıda 12 nəfərin zəhərlənməsinə görə dönərxana sahibi tutuldu , Oral Aliyev

Paytaxtda 12 nəfərin dönərdən zəhərlənməsinə görə sahibkar tutulub

Bakucity.az xəbər verir ki, iyunun 25-də 12 nəfərin dönər yedikdən sonra zəhərləndiyi Xətai rayonu, Babək prospektində yerləşən “Qədir xum” adlı dönərxananın sahibi cinayət məsuliyyətinə cəlb edilib.

Sahibkar Məmmədov Ramis Arif oğlu Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı istintaq davam etdirilir.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər