Bakının səyahət agentlikləri: turpaketlər və qiymətlər - ARAŞDIRMA

Bakının səyahət agentlikləri: turpaketlər və qiymətlər - ARAŞDIRMA

Xaricdə istirahət neçəyə başa gəlir?

Demək olar ki, hər kəs yay tətilində maraqlı coğrafiyalara səyahət etmək, başqa-başqa ölkələrin fərqli mədəniyyəti, rəngarəng mətbəxi və s. məqamlarla tanış olmaq, istirahətini daha səmərili keçirmək istəyir. Buna üçün əlverişli təklifdən faydalanmaq və sərfəli qiymətə tur bileti əldə etmək vacibdir. 

Bakucity.az paytaxtın səyahət agentliklərinin təklif etdiyi maraqlı xarici turlar barədə araşdırma aparıb. 

“Baku Holiday Travel” 

Zanzibar – Tanzaniya: Şirkətin təklif etdiyi ilk maraqlı tur 22.08.2019 - 28.08.2019 tarixləri üçün nəzərdə tutulan bu cənnət güşəsidir. Region ekzotik təbiəti, milli adətləri, bəyaz qumlu çimərlikləri ilə yanaşı, çılğın əyləncələri ilə qonaqlarına möhtəşəm anlar yaşadır. 

Ünvan: M.Əliyev küç. 210.  Əlaqə: (012) 599-88-99

Otel

Qiymət

Qiymətə daxildir

Reef Beach Resort 3*

1049  USD

Aviabilet (uçuş Moskvadan)

Paradise Beach Resort 4 *

1219  USD

Otel

Azao Resort & Spa 4 *

1685 USD

Qidalanma (hər şey daxil)

Bluebay Beach Resort And Spa 5 *

1949  USD

TransferSığorta

Vyetnam turu

Taylandın daha təbii və sakit əkizi hesab olunan Vyetnamda 04.09.2019 və 09.09.2019 tarixlərində sərfəli qiymətə ekzotik istirahət istəyirsinizsə, bu paket məhz sizin üçündür.

Otel

Qiymət

Qiymətə daxildir

Art Deluxe Hotel 3*

955 USD

Aviabilet (uçuş Moskvadan)

Sao Viet Nha Trang Hotel 4*

1215 USD

Otel

Citadines Bayfront Nha Trang Hotel 5*

1485 USD

Qidalanma (səhər yeməyi)

Six Senses Ninh Van Bay 5*

2949 USD

Transfer və Sığorta

Avropanın 6 ölkəsi; qrup turu

23.09.2019 - 29.09.2019 tarixlərinə nəzərdə tutulan bu turda Almaniya, İtaliya, Macarıstan, Sloveniya, Avstriya və İsveçrə şəhərlərini 379 dollara səyahət etmək şansınız var. Qiymətə proqram üzrə oteldə gecələmə, qidalanma (səhər yeməyi), transfer (proqram üzrə), ekskursiyalar (proqram üzrə) və rus dilli bələdçisi daxildir. 

Turun tarixini dəyişmək və ətraflı məlumat üçün şirkətə müraciət edə bilərsiniz. Aviabilet turun alındığı günə uyğun olaraq hesablanıb paketə əlavə ediləcək.  

Yunanıstan turu

Yunanıstanın ən gözəl kurrort şəhərlərinə 10.08.2019 və 19.08.2019 tarixlərində səyahət edə bilərsiniz. Marşruta Afina, Mikonos, Santorini və Krit daxildir və 5 ulduzlu səyahət üçün 6388 avro ödəməlisiniz. 

Qiymətə aviabilet, otellərdə gecələmə, qidalanma (proqram üzrə), indvidual transfer (hər kurrortda), kurrortlar arası gəmi ilə gediş və sığorta daxildir. 

Proqram üzrə səyahət vaxtı

Şəhər

Otel

Tarix

Afina

Njv Athens Plaza Hotel

10-12.08

Mikonos

“Mykonian Kyma Design Hotel”

12-14.08

Santorini

De Sol Hotel

14-16.08

Krit

Georgioupolis Resort And Aqua Park Hotel

16-19.08

İtaliya turu

Siz 2249 avro ödəməklə 21.07.2019 - 04.08.2019 tarixlərində İtaliyanın 3 kurrortuna 14 günlük möhtəşəm səyahət əldə edə bilərsiniz. Qiymətə aviabilet (Bakı-Moskva-Roma-Moskva-Bakı), otellərdə gecələmə, qidalanma (səhər yeməyi) və sığorta daxildir.

Proqram üzrə səyahət vaxtı

Şəhər

Otel

Tarix

Roma

Hotel Diana Roof Garden

21.07-24.07

Kapri

Hotel La Floridiana

24.07-27.07

Salerno

Novotel Salerno Est Arechi

27.07-04.08

Qeyd edək ki, “Baku Holiday Travel” təklif etdiyi paketlərdə qiymət 2 nəfərlik otağda 1 nəfər üçün qeyd edilib. Ödəniş günün məzənnəsinə uyğun olaraq manatla qəbul olunur.

“Start Travel”

Misir turu: 18.07.2019 – 25.07.2019 tarixləri üçün şirkət 384 dollardan başlayan qiymətlərlə 7 gecə 8 günlük turlar təklif edir. Qiymətə aviabilet, 3/4* oteldə qonaqlama, qrup transfer, otelə uyğun qidalanma, səyahət sığortası daxildir. 

Barcelona turu

Bu tur il boyu (iyul-avqustdan başqa) təşkil olunur. Marşruta daxil olan Barselona, Madrid, Zaragoza, Toledo, Valensiya, Periscola Costa Brava şəhərlərində istirahət etmək üçün  siz 555 Avro ödəməklə üçulduzlu, 625 Avro ödəməklə isə dördulduzlu oteldə 7 gecə 8 gün qalacaqsınız. Qiymətə 3*/4* oteldə qonaqlama, transfer, səhər yeməyi, bələdçi və gəzinti turu. Daxil deyil aviabilet, VISA və səyahət sığortası daxildir.

“Start Travel”də yuxarıda təklif olunan bütün turpaketlərdə qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.

“Paramount travel”

Şirkət bu yaya özəl olaraq 15.07.19 və 18.07.19 tarixlərində Dubaya 4 gün 3 gecəlik endirimli (419 USD) turpaket təklif edir. Qiymətə viza, aviabilet, səhər yeməyi, beşulduzlu oteldə qonaqlama və sığorta daxildir. 

Qiymət otaqda 2 nəfər qalmaq şərti ilə 1 nəfər üçün göstərilib. 

Ünvan: Bağırova küç. 609 B. Əlaqə: (012) 597-55-23/24 

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər