Bakıda bu marketlərdə yeni kassa aparatları quraşdırılır

Bakıda bu marketlərdə yeni kassa aparatları quraşdırılır , Oral Aliyev

Sistemin işə düşməsi üçün proqram təminatı hazırlanır

Bakucity.az xəbər verir ki, paytaxtda müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanıb.

Bu aparatlar ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə quraşdırılır.

Sözügedən kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.

Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq.

Hazırda Bakıda iri marketlər şəbəkəsində sistemin işə düşməsi üçün proqram təminatlarının nazirliyin informasiya sistemi ilə inteqrasiya edilməsi üzrə işlərin yekunlaşdırılması prosesi gedir.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər