Sumqayıt-Bakı elektrik qatarının fəaliyyətində problem yaranıb
Bakucity.az xəbər verir ki, bu gün səhər saatlarında dəmir yolunun Biləcəri-Keşlə mənzilində kontakt şəbəkəsində nasazlıq yaranıb. Nəticədə elektrik qatarının hərəkətində 26 dəqiqə ləngimə qeydə alınıb.
Hadisə ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bunları deyib:
“Problem dərhal aradan qaldırılıb və hazırda qatarlar nəzərdə tutulan qrafiklə hərəkət edir”. (Oxu.az)
Bakucity.az