Bakının bu çimərlikləri istifadəyə yararsızdır - SİYAHI

Bakının bu çimərlikləri istifadəyə yararsızdır - SİYAHI, Oral Aliyev

Paytaxt çimərliklərində monitorinq aparılıb

Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən çimərlik ərazilərində aparılan monitorinqlər zamanı dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

İdarənin əməkdaşı Nərmin Babaşova bildirib ki, analizlərin nəticələrinə görə, Bakı və Abşeron yarımadasında - Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zuğulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə uyğundur:

“Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil. Qeyd edək ki, budəfəki analizlərin nəticələrinə görə Novxanı çimərliyi də çirkli hesab olunur”. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər