Bakıda həyət evlərinin qiyməti bahalaşdı

Bakıda həyət evlərinin qiyməti bahalaşdı

Paytaxtda yeni mənzillərin qiymətində isə ucuzlaşma var

Bakucity.az xəbər verir ki, may ayında təkrar mənzil bazarında qiymətlərdə 0.61 faiz artım olub. Bu, ötən illə müqayisədə 2.91 faiz artım deməkdir. 

Daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, ilkin mənzil bazarında isə qiymətlər ay ərzində 3.23 faiz azalıb. Ötən illə müqayisədə azalma 1.64 faizdir:

"İlkin mənzil bazarında ucuzlaşma onunla bağlıdır ki, bu mənzillərin qiyməti indiyə kimi kifayət qədər qalxıb və artıq ucuzlaşmağa başlayır".

N.İbrahimov, həmçinin həyət evlərinin qiymətində bahalaşma olduğunu bildirib. Onun sözlərinə görə, həyət və bağ evlərinin qiymətində ay ərzində 6.11 faiz artım, il ərzində isə 1.83 faiz azalma olub.

Ekspert qeyd edib ki, artım mövsümi xarakter daşıyır. Belə ki, yay mövsümü yaxınlaşdıqca həyət və bağ evlərinə tələbat artır. (Trend)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər