Bakıda Qazaxıstan orkestrinin simfonik konserti keçirilib

Bakıda Qazaxıstan orkestrinin simfonik konserti keçirilib

Konsertin təşkilatçıları TÜRKSOY və Qazaxıstan səfirliyidir

Bakucity.az xəbər verir ki, Bakıda Qərbi Qazaxıstan Vilayəti Estrada-Simfonik Orkestrinin görkəmli qazax dirijoru Qanat Əhmətovun rəhbərliyi ilə konserti baş tutub.

Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğız Respublikası, Özbəkistan solistlərinin iştirakı ilə keçirilən konsertdə xalq nəğmələri, habelə Qurmanqazı, Muratbek Bəyəliyev, Polad Bülbüloğlu, Müslüm Maqomayev, Musa Bayjanulı, Seidulla Bayterekov kimi keçmişin və bu günün görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertdə hökumət üzvləri, millət vəkilləri, xarici diplomatik korpus nümayəndələri, ziyalılar, ictimaiyyət nümayəndələrinin iştirak etdib.

Bakucity.az 

Konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər