Bakıda çirkab suyu gölə axıdan şəxs cərimələndi

Bakıda çirkab suyu gölə axıdan şəxs cərimələndi

Nəzarət tədbirləri davam etdirilir

Bakucity.azxəbər verir ki, paytaxtda  sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. 

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçiridyi tədbirlər zamanı Biləsuvar rayon sakini E.Əmirovun “QAZ-53” markalı avtomobili ilə Sabunçu rayonu ərazisindəki gölə çirkab sularını axıtması faktı aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduğuna görə E.Əmirov barəsində protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər