Bakıda 24 yaşlı oğlan itkin düşüb

Bakıda 24 yaşlı oğlan itkin düşüb

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb

Bakucity.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Asim Teymurov Bakıxanov qəsəbəsi R,Rüstəmov küçəsi 20 ünvanında yerləşən “Skorpion” restoranından çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Bu barədə itkin düşən A. Teymurovun atası Rasim Teymurov Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat verib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər