Bakıda yataqxana binasında uçqun baş verdi - VİDEO

Bakıda yataqxana binasında uçqun baş verdi - VİDEO, Oral Aliyev

Uçqun zamanı xəsarət alan olmayıb

Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 9/8 ünvanında baş verib. Belə ki, həmin küçədə sökülən yataqxana binasında uçqun olub. 

Sakinlər bildirir ki, bina sökülən zaman təhlükəsizliyə tam riayət olunmayıb:

“Bina dağıldıqdan sonra ətraf lentlənib. Bir həftədir ki, kirayə mənzillərə köçmüşük. Nərimanov rayon İcra Hakimiyyətindən bizə bildiriblər ki, 18 ay sonra yeni mənzillə təmin olunacağıq”.

İcra Hakimiyyətindən  bildirilib ki, bir neçə gündür qəzalı vəziyyətdə olan bina sökülür.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında olub. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər