Bakıda yük maşını “BakuBus”a çırpıldı, yaralılar var - VİDEO

Bakıda yük maşını “BakuBus”a çırpıldı, yaralılar var - VİDEO, Oral Aliyev

Gecə saatlarında Hövsan yolunda yol qəzası baş verib

Bakucity.az xəbər verir ki, “Ford” markalı yük avtomobilinin sürücüsü  idarəetməni itirib. Nəticədə “Ford” 175 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən “BakuBus” MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qəza nəticəsində yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb. 

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər