Bakıda kompüter harada ucuz və keyfiyyətli təmir edilir? - ARAŞDIRMA

Paytaxtın servis mərkəzləri: xidmət və qiymətlər

Kompüter təmiri üçün sərfəli qiymətlərlə geniş ceşidli xidmətlər təklif edən servis mərkəzi tapmaq vacibdir. 

Bakucity.az paytaxtda bu sahədə xidmət göstərən şirkətlər barədə araşdırma aparıb. 

Sözügedən şirkət nümayəndələri saytımıza kompüter təmiri qiymətləri, diaqnostika və bu kimi başqa məsələlər barədə danışıblar.

Şirkətlər və xidmətlər

Müştəriləri ən çox narahat edən maqam kompüter təmiri mərkəzlərində formatla bağlı vaxtdır. Bu iş üçün cəmi 1 saat tələb olunduğu halda, servis müştəridən 2-3 saat, bəzən isə 1 gün vaxt istəyir. “AZTS” servis mərkəzin mühəndisi Elşən Talabəyov bunun səbəbini izah edib:

“Sevis mərkəzlərində format 2-3 saat çəkməsinin səbəbi odur ki, 1 saat çəkən əsas işdən sonra kompüterin işinin müştəriyə təhvil verilməmiş yoxlanmasıdır. Müştəri narazı qalmasın deyə, drayver və proqramların necə işlədiyini yoxlamağa məcburuq”.

Mühəndisin sözlərinə görə, onlar yalnız “HP” şirkətinin texnikası ilə işləyirlər. Ən çox müraciət notbukların qızması ilə bağlı olur:

 “Əsasən “HP” şirkətinin məhsullarının  zəmanətli təmiriylə məşğuluq. Sıradan çıxma səbəbləri müxtəlif olduğuna görə, bəzən bahalı detalların dəyişdirilməsinə ehtiyac olur. Bu baxımdan kompüter və ya printerin təmirinin neçəyə başa gələcyini əvvəlcədən demək çətindir”.

“AKOGROUP” şirkətinin direktoru Əli Məmmədov bildirib ki, onlar format, təmir və katriclərin doldurulmasını həyata keçirir:

“Ən çox formatı üçün müraciət olunur, belə iş bizdə bir saat və ya saat yarım çəkir. Biz “HP” və “Canon” şirkətinin texnikaları ilə işləyirik”.

“BASTION” şirkətinin direktoru Elçin Camalov deyib ki,  onlarda aylıq xidmət həyata keçirilir: 

“Biz demək olar ki, bütün markalardan olan kompüter texnikalarına qulluq edirik. Format bizdə 2 saat çəkir. Geniş xidmət spektiri var. Əgər kompüteri təmir üçün versələr, diaqnostika üçün pul almırıq”.

“BESTEL” şirkətinin əməkdaşı Rəsul Mehralıyevin sözlərinə görə, onlarda “HP”, “Lenovo” və “Acer”in kompüter texnikalarının təmiri mümkündür: 

“LCD”, ana plata, printer və s. məsələlərlə bağlı müxtəlif problemlərlə müraciət edirlər. Biz yalnız lisenziyalı “Windows” fayl sistemi yüklədidiyimizə görə, xidmətlər kifayət qədər baha olur. Diaqnostika 2-3 gün ərzində aparılır, qiyməti gətirilən texnikadan asılıdır”

Qiymət cədvəli

Bu cədvəldə oxuclara paytaxtımızın bəzi sevis mərkəzlərinin diaqnostika və format üçün qiymətləri ilə tanış olmağı təklif edirik. Digər xidmətlərin qiymətləndirilməsi dəyişdiriləcək detaldan və xarab olma dərəcəsindən asılıdır. 

Servis mərkəzi

Diaqnostika

Format

AZTS

20 AZN

---

AKOGROUP

20-30 AZN

25-56 AZN

BASTION

10-15 AZN

25 AZN

BESTEL

10-30AZN

250-300AZN

Apple Cervice Center

20 AZN

50 AZN

RIEL Company

20AZN

290 AZN

SED

---

20 AZN

Züleyxa İsmayılova

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
17 800-nə e-qaydada pensiya təyin edilib 2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış qaydada təyinatı sistemləri işə salınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, ötən dövrdə bu e-sistemlər vasitəsilə 51 min şəxsə elektron qaydada pensiya, müavinət...
Cəmiyyət
Bakıda 8 Müsahibə komissiyası fəaliyyət göstərir Paytaxtdakı ümumi təhsil məktəblərinin təhsil digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı 8 Müsahibə komissiyası fəaliyyət göstərir.  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Müsahibə komissiyalarının tərkibi 3 nəfər müəllimdən ibarətdir. Komissiyaların fəaliyyətinə ümumi nəzarət mərkəz rəhbəri tərəfi...
Siyasət
Nəticələr seçicilərin iradəsini ifadə etməyib Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərində 71 saylı Masallı kənd seçki dairəsi üzrə qeydiyyata alınmış namizəd Rüfət Əliyevin müraciətinə baxılıb. BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib. Q.Orucov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı bu dairə üzrə 33 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin ira...
Hakimiyyət
Müvafiq tapşırıqlar verilib Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən...
Cəmiyyət
"Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur" İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, İtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev BakuCity.az-ın sorğusuna cavab olaraq bildirib ki, son zamanlar dünyada tibbi maskalara tələbat artıb: "Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların...
Cəmiyyət
"Yalnız rəsmi məlumatlara etibar edin" Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərə dair məlumat açıqlayıb. BakuCity.az-a daxil olan məlumatda qeyd olunur: "2020-ci il yanvarın 28-də Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Azərbaycan Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib....
Cəmiyyət
Fotoların Kliniki Tibbi Mərkəzin həyətində çəkildiyi deyilir Bakıda təcili tibbi yardım həkimlərinin görüntüsü narahatlığa səbəb olub. BakuCity.az-ın məlumatına görə, yayılan fotolardan həkimlərin xüsusi geyimdə olduğu görünür. Fotoların Kliniki Tibbi Mərkəzin həyətində çəkildiyi deyilir. Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin BakuCity.az-a daxil olan birgə məlumatında qeyd olunur ki, fevralın 24...
Cəmiyyət
Komediya filmləri repertuardan çıxarılacaq Fevralın 26-da Xocalı faciəsi ilə əlaqədar “CinemaPlus” kinoteatrlar şəbəkəsində rejissoru Vahid Mustafayev olan “Xoca” filminin pulsuz nümayişləri keçiriləcək. BakuCity.az xəbər verir ki, filmdə Qarabağ müharibəsi dövründə iki sevgilinin faciəvi taleyindən danışılır. “Xoca” filmi Xocalı faciəsini bütünlüklə əks etdirən ilk tammetrajlı film hesab olunur. Baş rollarda İlqar Musayev, Nigar Bahadurqızı, Elmira Yaqubo...
Cəmiyyət
Sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışır Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran Rayon Mərkəzi xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub. Bildirilir ki, İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cə...